Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 nəfər gənclə görüş keçirilib. Görüşdə gəncləri Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qəbul edib və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə hər bir gəncə birdəfəlik maddi yardım göstərilib.Nəcəf Novruzov bununla bağlı SİA-ya açıqlamasında qeyd edib ki, Nərimanov Rayon İcra Hakimiyyəti bu kimi təşəbbüsləri ölkənin bütün önəmli günlərində mütəmadi olaraq reallaşdırır: "Bizim tərəfimizdən belə təşəbbüslərin keçirilməsi artıq bir ənənə şəkli alıb".Gənclər İdarəsinin rəisi gənclərlə görüşündə bildirib ki, dövlət hər zaman Azərbaycan gəncliyinin yanında olub və bu görüşün də əsas tərkib hissəsi məhz sözügedən faktorun göstəricisidir: "Xüsusilə, Xocalı gəncləri uşaq vaxtlarına təsadüf edən və insanlığa sığmayan hadisələrin canlı şahidləridirlər və dövlətimiz bu gün də sizlərə öz qayığısını əsirgəmir. Çünki siz gənclər məhz Qarabağın işğaldan azad olunmasında öz müstəsna rolunuzu oynayacaq, Xocalını düşmən tapdağından azad edəcəksiniz. Azərbaycan gəncliyi bu gün Prezident və Ali Baş Komandan İlham Əliyev cənablarının əmrini gözləyir".
sia.az