"Xəzər dənizini çirkləndirənlər ciddi şəkildə cəzalandırılacaqlar". Bunu Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.
V.Ələsgərov bildirib ki, bu, "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" protokolundan irəli gələn məsələdir. Onun sözlərinə görə, Xəzər dənizi başqa dənizlərdən fərqli olaraq qapalı su hövzəsidir və bu dəniz gələcəkdə böyük təhlükələrlə üzləşə bilər.
"Xəzəryanı dövlətlər buna bu məsələyə daha diqqətli yanaşmalıdırlar. Çirklənməyə görə, məhv olan dəniz kimi Aral dənizini misal çəkmək olar. Bu dəniz çirklənməyə görə, bataqlıqlara və balaca göllərə çevrilib. Bu cür halların Xəzərdə baş verməməsi üçün sözügeəln sənəd Milli Məclisdə təsdiq olunub. Protokolu və konvensiyanı qəbul edən ölkələr öhdəliklər götürür ki, dəniz çirklənməsin. Bu konvensiyaya daxil olan ölkələr buna əməl etməlidirlər"- deyə, vitse-spiker vurğulayıb.
yap.org.az