"Xocalı soyqırımı "sağalmaz yara"dır. Azərbaycan xalqının bu faciəni heç bir zaman unutmayacaq". Bu fikirləri Milli Məclisin Beynəlxalq münaibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, Azərbaycanın mövqeyi, gücü, beynəlxalq səviyyədə olan rolu və gördüyü işlər sayəsində vətəndaşlarımıza qarşı törədilən soyqırımı bütün dünyaya çatdırmaq istiqamətində böyük işlər görülüb. Onun sözlərinə görə, artıq bu gün Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətdə kifayət qədər məlumatlar var.
"Ancaq bizim məqsədimiz yalnız məlumatları çatdırmaq deyil. Bizim əsas məqsədimiz Azərbaycan torpaqlarını işğaldan azad etmək, qaçqın və məcburi köçkünləri öz yurdlarına qaytarmaq, cinayətkarları ədalət məhkəməsinə çağıraraq onları bütün dünya qarşısında cəzalandırmaqdır. Ona görə də, bu gün həm Azərbaycanda, həm də bütün dünyada Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilir. Bu, bizim üçün çox vacib və əhəmiyyətli məsələdir. Çünki Xocalı soyqırımı Qarabağ müharibəsinin faciəvi səhifələrindən biridir"- deyə, S.Seyidov vurğulayıb.
yap.org.az