Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanan "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində İsveçrənin ən kütləvi və aparıcı qəzetlərindən olan "Berner Zeitung" və "Der Bund" qəzetlərinin 26 fevral 2014-cü il tarixli nömrələrində tam bir səhifədə "26 fevral 1992. Xocalı unudulmayacaq. 613" başlıqlı məlumat dərc edilib. Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən SİA-ya verilən xəbərə görə, isveçrəlilər tərəfindən geniş oxunulan adları çəkilən qəzetlərdə yerləşdirilən bu məlumat vasitəsilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən faciəli hadisəsi barədə sıravi isveçrəlilərə obyektiv faktları çatdırmaq məqsədilə "Xocalıya Ədalət" kampaniyasının "www.justiceforkhojaly.org" İnternet səhifəsinə istinad yerləşdirilib.
sia.az