PDF Oxu

Siyasət

  • 13

YAP Gənclər Birliyinin ofisində Xocalı soyqırımına həsr olunmuş “Unutmayaq Unutdurmayaq” filminin təqdimatı keçirilib

YAP Gənclər Birliyinin ofisində Xocalı soyqırımına həsr olunmuş “Unutmayaq Unutdurmayaq” filminin təqdimatı keçirilib

Bu gün YAP Gənclər Birliyinin ofisində Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və "Səs Media Qrupu"nun birgə layihəsi olan "Unutmayaq Unutdurmayaq" filminin təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən YAP GB-nin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirib ki, erməni millətçiləri vaxtaşırı dövlətimizə və xalqımıza qarşı ərazi iddiaları irəli sürərək cinayətlər törədiblər: "Xocalı faciəsi Azərbaycan tarixində ən qanlı hadisələrdən biridir. Həmin gün erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı soyqırım törədildi. Dinc əhali xüsusi qəddarlıqla qətlə yetirildi, əsir götürülən insanlara isə dəhşətli işgəncələrə məruz qalıb. S.Orucov qeyd edib ki, Azərbaycanın ən böyük siyasi gənclər təşkilatı olan YAP GB Xocalı soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün silsilə tədbirləri il boyu davam etdirir: "Xocalı soyqırımından 22 il ötməsinə baxmayaraq, bizlər hər il bu faciəni kədərlə anırıq. Azərbaycanda dünya açıq cəmiyyət formalaşır. Ancaq bu düşmənlərimizi unudacağımız anlamına gəlmir. Çünki türklər illər boyu erməni xəyanətinin ağrı-acılarını çəkib".

Daha sonra Xocalı həqiqətlərini əks etdirən "Unutmayaq Unutdurmayaq" filmi nümayiş etdirilib. Filmin əsas süjet xətti uzun illər ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım siyasətinin tarixi xronologiyasına həsr olunub. Film erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı ermənilər tərəfindən törədilən vəhşiliklərdən bəhs edir. Filmdə ölkə siyasilərinin və ermənilərin törətdikləri vəhşiliklərin şahidi olan Xocalı sakinlərinin fikirləri yer alıb.

Çıxış edən Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev deyib ki, filmin hazırlanmasında məqsəd ermənilər tərəfindən xalqımıza qarşı aparılan soyqırım siyasətini və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır: "Bir neçə il bundan öncə erməni təbliğatından geri qalsaq da, hazırda Azərbaycan bütün sahələrdə olduğu kimi işğalçı Ermənistanı üstələyirik. Azərbaycan həqiqətlərini təkcə ölkə daxilində qeyd etmək kifayət deyil. Ölkə xaricində də təbliğat istiqamətli, Azərbaycanın haqq səsinin oradakı gənclərə çatdırılması üçün konkret fəaliyyət göstərməliyik". Film barədə təəssüratlarını bölüşən B.Quliyev deyib ki, bu film işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün şəhid olmağa hazır olan vətəndaşlarımıza ruh verir: "Hər birimiz vətənin bütövlüyü uğrunda şəhid olmağa hazır olmalıyıq. Çünki vətən torpağ bölünməzdir. Vətən uğrunda şəhid olmaq şərəfdir".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib ki, Xocalıda törədilən qətliam bizim milli faciəmiz olsa da ümümilikdə götürsək bu faciə insanlığa qarşı törədilən cinayətdir.

yap.org.az

Digər xəbərlər