"Azərbaycan heç kimin torpağını qəsb etməyib. Əksinə, bizim torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyon insan ev-eşiyindən didərgin düşüb. Dövlətin apardığı işlər nəticəsində məcburi köçkünlərin sosial vəziyyəti yaxşılaşdırılır. Amma o insanlar geriyə qayıtmaq, öz ata-baba yurdunda yaşamaq istəyirlər". Bu fikirləri Milli Məclisin deputatı Fuad Muradov deyib.
F.Muradov bildirib ki, işğal və zorakılıq Ermənistana yaxşı heç bir şey verməyib. Onun sözlərinə görə, bu gün Ermənistan iqtisadi iflas həddindədir.
"Bizim heç bir xalqa qarşı nifrətimiz yoxdur. Ancaq nə qədər ki, Ermənistanda hakimiyyətdə korrupsiyaçı və işğalçılar oturub Azərbaycanla sülh şəraitində yaşamaq böyük sual altındadır. Biz dialoqa hazırıq, ancaq bir çox güclər bu sülhün baş tutmasında maraqlı deyil. Azərbaycanın özünü müdafiə etməyə tam gücü var. Bu qüvvələr bilməlidir ki, Azərbaycan artıq əvvəlki ölkə deyil. Bizim dövlət bir daha öz vətəndaşlarının nahaq qanının axıdılmasına imkan verməyəcək" - deyə F.Muradov qeyd edib.
yap.org.az