PDF Oxu

Siyasət

  • 9

Seymur Orucov: “Günel Mövludda azərbaycanlı qadını siması yoxdur”

Seymur Orucov: “Günel Mövludda azərbaycanlı qadını siması yoxdur”

"Əfsuslar olsun ki, Azərbaycanın bu cür vətəndaşı var. Günel Mövludun yazıları ancaq dövlətimizi bölmək, parçalamaq, zonalara ayırmaqdan ibarətdir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) sədri Seymur Orucov Günel Mövludun Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində ermənilərdən üzr istəməsinə münasibətini açıqlayarkən bildirib."Bu da ölkəmizi istəməyən xarici qüvvələrin istəyinə cavab verməkdir" - deyən Seymur Orucov onu da qeyd edib ki, Azərbaycanı istəməyən qüvvələr müxtəlif vasitələrə əl ataraq bunu açıq şəkildə göstərirlər: "Amma ölkəmizi daxildən parçalamaq üçün ediləcək hücumlara qarşı dövlətimizin mövqeyi möhkəmdir. Bu insanın yazısında guya "naxçıvanlılar, qərbi azərbaycanlılar ölkəni ayırırlar" deyə fikirlər yer alır. Ulu Öndər Heydər Əliyev zamanında ölkəyə Azərbaycançılıq ideologiyasını gətirib. Burada yerlibazlıq məfhumu yoxdur və ola da bilməz. Azərbaycanı idarəetmə prinsipində zona məsələsi olmayıb. Qabiliyyəti, savadı olanlar öndə olublar".Hazırda hökumət və dövlət orqanlarında Azərbaycanın müxtəlif bölgələrindən olan insanların yer aldığını vurğulayan YAP GB-nin sədri eyni zamanda qeyd edib ki, ümumiyyətlə, Günel Mövludda heç bir şəxsiyyət amili formalaşmayıb: "Günel Mövlud kimdir ki, onun yazdıqları da nə olsun. Sadəcə mən bir vətəndaşın, gəncin bu cür açıqlama verməsinə təəssüf edirəm. Onun yazılarını oxuyan insanların sayı çox azdır. O qadında Azərbaycan qadını siması yoxdur. Ondan bundan artıq heç nə gözləmək olmaz. Ermənilərdən üzr istəyənin özü ermənidən betərdir və deyərdim ki, Günel Mövlud ermənidir. Onun soykökünü araşdırmaq lazımdır. Erməniləri qəhrəman obrazında göstərmək Əkrəm Əylisninin yolunu getməkdir".Günel Mövludun xarici təşkilatlara çalışdığını istisna etməyən Seymur Orucov onu da bildirib ki, bu şəxsin yaşam tərzi də Azərbaycançılıqdan fərqlidir: "Araşdırılsa bu insanın xarici orqanalara çalışanlardan biri olduğunun şahidi olarıq. Onun yaşam tərzinə, hərəkətlərinə, xaç taxmağına gəlincə isə onda azərbaycançılıqdan əsər-əlamət yoxdur. O, demokratiyadan danışaraq deyir ki, guya Azərbaycanda yaşamağına maneə törədirlər. Bu yerdə ona bir sual ünvanlamaq lazımdır ki, Günel Mövlud, bizə anti-demokratik deyirsənsə, Azərbaycanı Şimali Koreyayayla müqayisə edirsənsə, bəs necə olur ki, bu gün dövlətin millətin haqqında ağzına gələn yazı yazırsan? Bu yazılarına görə sənə heç kim senzura qoymur. Bundan böyük demokratiya istəyirsiz dövlətdən? Erməni cinayətlərini ifşa etdiyimiz bir dövrdə ona əks hərəkətlər edir, yazılar yazır və buna görə də heç bir cinayət məsuliyyətinə cəlb edilmir. Hələ durub demokratiya istəyir".

yap.org.az

Digər xəbərlər