PDF Oxu

Siyasət

  • 13

Tahir Rzayev: İnanırıq ki, üçüncü dövlət proqramı da uğurlu nəticələr verəcək

Tahir Rzayev: İnanırıq ki, üçüncü dövlət proqramı da uğurlu nəticələr verəcək

"Regionların sosial-iqtisadi inkişafı üzrə nəzərdə tutulan hər iki Dövlət Proqramı uğurla başa çatıb. İnanırıq ki, üçüncü dövlət proqramı da uğurlu nəticələr verəcək". Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, yeni dövlət proqramında əsasən təkcə rayon mərkəzləri yox, kəndlərin infrastrukturu da dəyişdiriləcək, ən ucqar kənd yolları təmir ediləcək. Onun sözlərinə görə, həmin ucqar yerlərdə əgər qaz və su problemi varsa, tamamilə aradan qaldırılacaq.

"Bir sözlə, artıq kəndlər öz simasını dəyişib yeni şəkil alacaq. Digər dövlət proqramlarında olduğu kimi bu 3-cü dövlət proqramında kənd təsərrüfatının inkişafı üçün çox böyük tədbirlər görüləcək. Proqramların icrasında əsas məqsəd regionların sosial-iqtisadi inkişafını, əhalinin məşğulluğunun təmin edilməsi, infrastruktur layihələrin həyata keçirilməsi əhəmiyyət daşıyırdı ki, bu məqsədə də nail olunub"- deyə, T.Rzayev qeyd edib.

yap.org.az

Digər xəbərlər