PDF Oxu

Siyasət

  • 8

Məlahət İbrahimqızı: İcbari tibbi sığortanın tətbiq olunması bu günün ən aktual və zəruri məsələlərdən biridir

Məlahət İbrahimqızı: İcbari tibbi sığortanın tətbiq olunması bu günün ən aktual və zəruri məsələlərdən biridir

"Azərbaycan səhiyyə sahəsində bir sıra nailiyyətlər əldə edib. Müasir standartlara uyğun səhiyyə ocaqları istifadəyə verilib və müasir avadanlıqlarla təchiz olunub. Bununla yanaşı icbari tibbi sığortanın tətbiq olunması da gündəmdə olan məsələdir". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, icbari tibbi sığortanın tətbiq olunması bu günün ən aktual və zəruri məsələlərdən biridir. Onun sözlərinə görə, insanın sağlamlığının müayinəsi və müalicəsi vacib amillərdən biridir.

"İcbari tibbi sığorta haqqında qanun qəbul olunsa da, bu hələ tam şəkildə tətbiq olunmayıb. Səhiyyə sahəsində icbari tibbi sığortanın tətbiqi məsələsi ilə əlaqədar Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb"- deyə, komitə üzvü qeyd edib.

yap.org.az

Digər xəbərlər