Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyasının hazırlanması ücün işçi qrupu yaradılır. Bu barədə AMEA-nın prezidenti Akif Əlizadə bildirib.
A.Əlizadə qeyd edib ki, AMEA üzvləri konsepsiyanın işlənməsində fəal iştirak etməlidirlər. Onun sözlərinə görə, hazırlanacaq konsepsiya ölkə Prezidentinin Fərmanı ilə təsdiqlənən "Gələcəyə baxış: 2020" konsepsiyasında nəzərdə tutulan elmi hədəflərə uyğun olmalı, orada bir çox elmi yeniliklər öz əksini tapmalıdır.
"Azərbaycan elminin inkişafına dövlətimiz yüksək səviyyədə diqqət göstərir. Elmimizin daha böyük nailiyyətlər qazanması üçün səylərimizi gücləndirməliyik"- deyə, AMEA prezidenti vurğulayıb.
yap.org.az