PDF Oxu

Siyasət

  • 10

Parlamentin növbəti iclası martın 4-də keçiriləcək

Parlamentin növbəti iclası martın 4-də keçiriləcək

Milli Məclisin yaz sessiyası üçün növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub. SİA-ya açıqlama verən parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, martın 4-də keçiriləcək iclasın gündəliyinə 5 məsələ daxil edilib.Onun sözlərinə görə, iclasda İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) illik məruzəsi dinləniləcək: "İclasda həmçinin "Azərbaycan və Polşa arasında beynəlxalq avtomobil əlaqələri haqqında" sazişin təsdiq edilməsi, eyni zamanda "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi və İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi və "Akkreditasiya haqqında" qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsi məsələləri müzakirə olunacaq".

sia.az

Digər xəbərlər