Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Avropa Xalqları partiyasının gənclər qolu olan Avropa Demokrat Tələbərinin 27 fevral – 2 mart 2014-cü il tarixlərində Macarıstanda keçiriləcək Şura iclasında iştirak etmək üçün sözügedən ölkədə səfərdədir. SİA-nın məlumatına görə, səfər çərçivəsində Ramin Məmmədov qurumun qış məktəbində də iştirak edəcək. Qış məktəbində Azərbaycanı təbliğ edən film nümayiş etdiriləcək, həmçinin, YAP Gənclər Birliyinin quruma üzvlük məsələsinə baxılacaq.Qeyd edək ki, YAP Gənclər Birliyinin sədr müavininin Macarıstan parlamentinin bir sıra rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.
sia.az