ABŞ konqresmeni Uolter Cons Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna üzv olmuşdur. Bununla da İşçi Qrupundakı konqresmenlərin sayı 62-yə çatmışdır.
Respublikaçılar Partiyasından olan U.Cons Konqresdə Şimali Karolina ştatına aid seçki dairəsini təmsil edir. 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupu iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsində mühüm rol oynayır. İşçi Qrupunun hər iki həmsədri Bil Şuster və Stiv Koen davamlı olaraq ölkəmizə fəal dəstəklərini nümayiş etdirirlər. Bil Şuster Xocalı qətliamının 22-ci ildönümü ilə əlaqədar fevralın 27-də ABŞ Konqresində keçirilmiş tədbirdə çıxış etmiş, Stiv Koen isə bəyanat yaymışdır.
AzərTAc