PDF Oxu

Siyasət

  • 6

İslamabadda “Kəşmir və Dağlıq Qarabağ: həll yolları” mövzusunda konfrans keçiriləcək

İslamabadda “Kəşmir və Dağlıq Qarabağ: həll yolları” mövzusunda konfrans keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Pakistanın Sülh və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə martın 4-də İslamabadda "Kəşmir və Dağlıq Qarabağ: həll yolları" mövzusunda konfrans keçiriləcəkdir.

Mərkəzdən AzərTAc-a bildirilmişdir ki, SAM-ın direktor müavini Gülşən Paşayeva, xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və qurumun elmi işçisi Fuad Çıraqov bununla əlaqədar martın 3-5-də İslamabadda səfərdə olacaqlar.

Nümayəndə heyətinin Quaid-e-Azam Universiteti Müdafiə və Strateji Araşdırmalar Mərkəzində, Preston Universitetində və İslamabad Siyasi Araşdırmalar İnstitutunda görüşlərinin keçirilməsi planlaşdırır.

AzərTAc

Digər xəbərlər