PDF Oxu

Siyasət

  • 12

Jalə Əliyeva: Mədəniyyət sahəsində ciddi inkişaf müşahidə olunur

Jalə Əliyeva: Mədəniyyət sahəsində ciddi inkişaf müşahidə olunur

"Azərbaycanda elə bir sahə yoxdur ki, orada inkişaf olmasın. Bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində ciddi inkişaf müşahidə olunur". Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, mədəniyyətimizin inkişafı yönündə atılan addımlar, milli-mənəvi dəyərlərə sadiqlik prinsipi ilə tərəqqiyə doğru istiqamətlənib. Onun sözlərinə görə, son 10 ildə mədəniyyət sahəsində bir çox uğurlu layihələrə imza atılıb.

"Bu illər ərzində bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edilib. Demək olar ki, bütün mədəniyyət ocaqları əsaslı təmir olunub. Sənət adamlarının, mədəniyyət xadimlərinin davamlı olaraq mükafatlandırılmasının hər biri məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bütün görülən işlər mədəni-mənəvi irsə verilən böyük bir töhfə, böyük bir qiymətdir"- deyə, J.Əliyeva qeyd edib.

yap.org.az

Digər xəbərlər