PDF Oxu

Siyasət

  • 6

Vahid Əhmədov: “Sənaye ili” ilk növbədə yeni iş yerlərinin açılmasına müsbət təsir edəcək

Vahid Əhmədov: “Sənaye ili” ilk növbədə yeni iş yerlərinin açılmasına müsbət təsir edəcək

""Sənaye ili" ilk növbədə yeni iş yerlərinin açılmasına müsbət təsir edəcək. Digər tərəfdən, iqtisadiyyatın diversifikasiyası baxımından, Azərbaycanda sənayeni inkişaf etdirmək vacibdir". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, dövlət başçısı tərəfindən sənayenin inkişafına çox böyük diqqət yetirilir. Onun sözlərinə görə, ötən illər ərzində sözügedən sahədə bir sıra uğurlar əldə olunub.

"Sumqayıtda böyük texnopark açılıb istifadəyə verilib. Balaxanıda texnoparkın müəyyən hissəsi tikilib istifadəyə verilib və müəyyən hissəsi tikilməkdə davam edir. Ümumilikdə hesab edirəm ki, ölkəmizdə sənaye şəhərciklərinin tikintisinə ehtiyac var"- deyə, komitə üzvü qeyd edib.

yap.org.az

Digər xəbərlər