PDF Oxu

Siyasət

  • 11

Azərbaycanın enerji balansında 2020-ci ilədək alternativ və bərpa olunan enerjinin payının 20 faizə çatdırılması nəzərdə tutulmuşdur

Azərbaycanın enerji balansında 2020-ci ilədək alternativ və bərpa olunan enerjinin payının 20 faizə çatdırılması nəzərdə tutulmuşdur

2020-ci ilədək ölkənin enerji balansında alternativ və bərpa olunan enerjinin payının 20 faizə çatdırılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən bildirmişlər ki, 2020-ci ilin sonunadək ölkədə, ümumilikdə, 2 min 65 meqavat gücündə Günəş elektrik stansiyaları (GES) tikilərək istifadəyə veriləcəkdir.

Layihənin ümumilikdə üç mərhələdə reallaşdırılması nəzərdə tutulmuşdur. Layihənin 2014-2016-ci illəri əhatə edən birinci mərhələsində 790 meqavat və ikinci mərhələdə, yəni 2017-2018-ci illər aralığında 685 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi planlaşdırılır. Layihənin 2019-2020-ci illəri əhatə edən üçüncü mərhələsində isə 730 meqavat gücündə GES-lər inşa ediləcəkdir.

yap.org.az

Digər xəbərlər