PDF Oxu

Siyasət

  • 15

Bayram Səfərov: Üçrəngli bayrağımız işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq

Bayram Səfərov: Üçrəngli bayrağımız işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq

"Münaqişənin həlli istiqamətində danışıqlar davam etdirilməlidir". Bu fikri "Azərbaycan Respublikası Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, münaqişənin həlli istiqamətində konkret nəticənin olması üçün müəyyən zamanda icmalar arasında danışıqlar davam etdirilməlidir. Onun sözlərinə görə, azərbaycanlılar gec-tez doğma Qarabağa qayıdacaqlar.

"Prezidentimiz bütün yüksək tribunalardan hər zaman bəyan edir ki, heç bir halda Azərbaycan torpaqlarının bir qarışı düşmənə verilə, ikinci erməni dövləti yaradıla bilməz. Üçrəngli bayrağımız Dağlıq Qarabağda, Şuşada, Xankəndində, işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq"- deyə, B.Səfərov vurğulayıb.

yap.org.az

Digər xəbərlər