PDF Oxu

Siyasət

  • 7

Azərbaycanın energetika naziri ikinci Xəzər dəhlizi konfransında iştirak edəcəkdir

Azərbaycanın energetika naziri ikinci Xəzər dəhlizi konfransında iştirak edəcəkdir

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev martın 7-də Londonda keçiriləcək ikinci Xəzər Dəhlizi Konfransında iştirak edəcəkdir. London Fond Birjasının baş ofisində keçiriləcək konfransda Azərbaycanın energetika naziri Natiq Əliyevin də çıxışı nəzərdə tutulur. Konfransda regionun iqtisadi inkişaf perspektivləri müzakirə olunacaqdır.

Konfransda N.Əliyevin, Qazaxıstanın neft və qaz naziri Uzakbey Karabalinin, Türkmənistanın energetika naziri Murat Artykovun, Avropa İttifaqının energetika üzrə komissarı Günter Ottinqerin iştirakı ilə gələcək əməkdaşlıq üçün dəyərli əlaqələrin təşəkkül tapması və daha da möhkəmləndirilməsi yollarına dair təqdimatlar keçiriləcəkdir.

İkinci Xəzər dəhlizi konfransı çərçivəsində regionun artım amilləri, Böyük Britaniya ilə əlaqələr, regionda iqtisadi məsələlərin inkişaf həlləri təqdim ediləcəkdir. Həmçinin biznes mühiti, energetika və maliyyə-bank sektoru, informasiya texnologiyaları, inşaat və digər sahələrdə inkişaf potensialının, problem və imkanların müzakirəsi planlaşdırılır. Konfransın proqramına Azərbaycan və region ölkələri üçün son dərəcə əhəmiyyətli olan Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihlərinə dair müzakirələrin aparılması da daxildir.

Tədbirin təşkilatçıları London Fond Birjası, Azərbaycan Beynəlxalq Bankı, Britaniya-Azərbaycan İşgüzar Şurası və Böyük Britaniyanın "Asia House" təşkilatıdır.

Konfransda Xəzəryanı ölkələrin hökumət nümayəndələri, biznes və elmi dairələr, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edəcəklər.

yap.org.az

Digər xəbərlər