Martın 13-də Rusiya Federasiyası Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevin rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcəkdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək biznes forumda ağır və yüngül sənaye, nəqliyyat, kənd təsərrüfatı, tikinti, enerji, neft-kimya, təhsil, səhiyyə, maliyyə, ticarət və digər sahələri təmsil edən şirkətlər iştirak edəcəklər.
yap.org.az