"Mən "Yeni Müsavat" qəzetinə, müsavat.com saytına, informasiyalarına qəti şəkildə inanmıram". Bunu SİA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan "Yeni Müsavat" qəzetində və müsavat.com saytında gedən müsahibələrə, informasiyalara münasibətində söyləyib.
Əvəz Temirxan, həmçinin, adı çəkilən qəzetdə və saytda onun və ya digərlərinin haqqında dərc olunmuş müsahibələrdə, məqalələrdə doğru dürüst informasiyaların olmadığını qeyd edib: "O qəzetdə və saytda düzgün informasiya yoxdur. Yalanlar, böhtanlar var".
sia.az