PDF Oxu

Siyasət

  • 10

Elman Nəsirov: Ermənistan vaxt udma taktikasını tətbiq etməkdədir

Elman Nəsirov: Ermənistan vaxt udma taktikasını tətbiq etməkdədir

"Ermənistan prinsip etibarı ilə 2009-cu ilin sonunda Afinada irəli sürülən "Yeniləşmiş Madrid Prinsipləri" ni qəbul etməyib. Amma onların müzakirəsində iştirak edir. Ermənistan vaxt udma taktikasını tətbiq etməkdədir". Bu fikirləri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Azərbaycanın dəyişməz bir mövqeyi var. Azərbaycanın sülh yolu ilə münaqişənin həllini istədiyini deyən politoloqun sözlərinə görə, bu danışıqlar nəticə verməyəcəyi təqdirdə ölkəmiz danışıqlardan imtina edə bilər.

"Bundan sonra isə proseslərin hərbi müstəvidə inkişafını proqnozlaşdırmaq elə də çətin deyil. Hərbi müstəvidə Dağlıq Qarabağ probleminin həllini isə həmsədr ölkələr heç istəmirlər. Çünki bu amil həmsədr ölkələrin regionla bağlı geoiqtisadi və geopolitik maraqlarına ziddir. Onlar regionda müharibə başlanmasını istəmirlər. Ermənistanın isə mövqeyini dəyişə biləcək bir gedişlər etmək ya iqtidarında deyillər ya da bunu etmək istəmirlər. ABŞ və Fransanın Rusiya ilə bağlı geopolitik niyyətləri və Kremllə həllini gözləyən daha vacib məsələlər onları Dağlıq Qarabağ münaqişəsinin həllində gözləmə mövqeyində dayanmağa vadar edir. Hərbi münaqişə yaranarsa, bütün məsuliyyət işğalçı Ermənistan, onu himayə edən tərəflər və tənzimlənmə proseslərində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun üzərinə düşəcək"- deyə, E.Nəsirov qeyd edib.

yap.org.az

Digər xəbərlər