PDF Oxu

Siyasət

  • 5

XİN-dən ABŞ-a cavab: “Nəyisə təbliğ, yaxud tədris edən tərəf, əvvəlcə özü buna uyğun olmalıdır"

XİN-dən ABŞ-a cavab: “Nəyisə təbliğ, yaxud tədris edən tərəf, əvvəlcə özü buna uyğun olmalıdır"

"Nəzəri formalar hər yerdə irəli sürülə bilər, hansısa süni kriteriyalar yaradıla bilər. Amma istənilən halda, istər insan hüquqları, istər iqtisadi məsələlər olsun, reallıqları nəzərə almaq lazımdır".Bu fikirləri Xarici İşlər Nazirinin müavini Araz Əzimov ABŞ Dövlət Departamentinin İnsan haqları hesabatında Azərbaycanla bağlı yer alan fikirləri şərh edərkən jurnalistlərə açıqlamasında bildirib.A. Əzimov deyib ki, hər bir məsələyə müəyyən zaman çərçivəsində yaxınlaşmaq lazımdır. Mövcud vəziyyəti ondan əvvəlki vəziyyətlə müqayisədə dəyərləndirmək və beləliklə, inkişafı dəyərləndirmək lazımdır: "İstənilən halda hər bir cəmiyyətin öz xüsusiyyətləri var. Bunu da nəzərə almaq lazımdır. Digər tərəfdən, nəyisə təbliğ, yaxud tədris edən tərəf, yaxud şəxs, əvvəlcə özü buna uyğun olmalıdır. Hesabatda məruzələri hazırlayan mənbələri də nəzərə almaq lazımdır və heç bir vəchlə deməzdim ki, mənbələr hər zaman obyektiv hesab oluna bilər".Azərbaycanda həm hökumət, həm də qeyri-hökumət təşkilatlarının insan hüquqları ilə məşğul olduğunu deyən A. Əzimov onu da əlavə edib ki, fondlardan tutmuş şuralara qədər hökumətin QHT-lərlə əməkdaşlıq etmək üçün kifayət qədər mexanizmləri var: "Hesabatda Azərbaycanla bağlı qeyd olunan məsələlər hökumət tərəfindən araşdırılır, qiymətləndirilir. Ancaq bu məsələni şişirtmək lazım deyil".

sia.az

Digər xəbərlər