PDF Oxu

Siyasət

  • 8

Astan Şahverdiyev: “Ukrayna hadisələrindən sonra ABŞ inamını tamamilə itirdi"

Astan Şahverdiyev: “Ukrayna hadisələrindən sonra ABŞ inamını tamamilə itirdi"

"ABŞ Dövlət Departamenti provokasiya ilə məşğuldur. ABŞ əvvəl söz verməsinə baxmayaraq, sözünün arxasında durmadı və Ukrayna xalqına dəstək vermədi. İndi onların açıqladığı hansı hesabatı ciddi qəbul etmək olar? Həmin hesabatı hazırlayanların işi-peşəsi bu hesabatları hər hansı bir formada hazırlamaqdır". Bu fikirləri SİA-ya açıqlamasında ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı yaydığı hesabatı şərh edən millət vəkili Astan Şahverdiyev bildirib.Onun sözlərinə görə, onlar mütəmadi olaraq bu cür təxribatçı hesabatlar yayırlar: "Ukrayna hadisələrindən sonra ABŞ-a olan azacıq inam da tamamilə itdi. Həmçinin, hesabatın Azərbaycanla bağlı hissəsini ermənipərəst qüvvələr hazırlayırlar. Orada ermənilərə, onların lobbisinə xidmət edən şəxslər çoxdur".

sia.az

Digər xəbərlər