PDF Oxu

Siyasət

  • 7

Siyavuş Novruzov: “Başqa ölkələrin 50 ilə keçdiyi yolu, dövlətimiz 10 ilə keçib”

Siyavuş Novruzov: “Başqa ölkələrin 50 ilə keçdiyi yolu, dövlətimiz 10 ilə keçib”

"Son 10 il ərzində Azərbaycanın regionlarında (istər Bakı, istərsə də ayrı-ayrı regionlarında) həyata keçirilən islahatlara, abadlıq-quruculuq işlərinə, o cümlədən infrastruktura, yeni texno-parkların açılışına, elektrik stansiyaların tikilişinə və digər sahələrə nəzər salsaq görərik ki, başqa ölkələrin 30-50 ilə keçdiyi yolu, dövlətimiz çox qısa müddət ərzində yəni, 10 ilə keçib. Təbii ki, bu da düzgün qoyulan siyasətin və düzgün aparılan islahatın məntiqi nəticəsidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası və gələcək prespektivlər barəsində danışarkən deyib.Bu il fevralın 5-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə bağlı keçirilən konfransı diqqətə çatdıran millət vəkili, burada görülən işlər barəsində ətraflı hesabatlar verildiyini qeyd edib: "Həmin dövrdən başlayaraq yeni- üçüncü bir proqram qəbul olundu ki, bura nəinki regionların, eləcə də hər bir kəndin, qəsəbələrin abadlaşdırılması, yolların çəkilməsi, bütövlükdə ölkə ərazisinin qazlaşdırılması, o cümlədən yeni iş yerlərinin açılması və daimi iş yerlərinin fəaliyyət göstərməsi, Azərbaycana xarici turistlərin cəlb olunması üçün müxtəlif yerlərdə otellərin tikilməsi, infrastrukturun yaradılması və s. aiddir. Buna misal olaraq, Şahdağ Qış-Yay Turizm Kompleksini, eləcə də Qubada, Gəncədə və ayrı-ayrı yerlərdə inşa olunan kompleksləri göstərə bilərik ki, burada da turistlərin cəlb olunması üçün əlverişli şərait vardır"."Hətta bildiyiniz kimi, Azərbaycanın müxtəlif yerlərində yeni hava limanları tikilib, istifadəyə verilib və hazırda bu işlər davam etdirilir. Həmçinin paytaxt Bakı şəhəri və kəndlərin infrastrukturunun yaxşılaşdırılması, məktəblərin, xəstəxanaların, poliklinikaların tikilməsi, təmir olunması xüsusilə önəm daşıyır. Bununla belə, bu yaxınlarda yeni bir proqram qəbul olundu ki, bu da Heydər Əliyev Fondu tərəfindən geniş müzakirə olundu və təhlillər aparılaraq Azərbaycanda bağçaların sayının artırılması idi. Cənab Prezident İlham Əliyevin də bununla bağlı xüsusi fərmanı oldu. Yəni, bu gün Azərbaycanın regionlarında, şəhərlərində və kəndlərində uşaqların məktəbəqədər təhsili, tərbiyəsi ilə məşğul olacaq müəyyən obyektlərin özəl şirkətlər və dövlət tərəfindən tikilərək vətəndaşların sərəncamına verilməsi həmin proqramın aparıcı hissələrindən birini təşkil edir. Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 5 il ərzində Azərbaycanda köhnə məktəb, xəstəxana və yollarda heç bir problem qalmayacaq. Bir sözlə, bu müddət ərzində ölkəmizin ərazisi tamamilə qazlaşacaq" – deyə, YAP icra katibinin müavini fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər