PDF Oxu

Siyasət

  • 15

Aşqabadda Xəzəryanı ölkələrin işçi qruplarının növbəti iclası keçirilib

Aşqabadda Xəzəryanı ölkələrin işçi qruplarının növbəti iclası keçirilib

Aşqabadda Xəzəryanı ölkələrin işçi qruplarının növbəti iclası keçirilmişdir. Azərbaycanın, İranın, Qazaxıstanın, Türkmənistanın və Rusiyanın Fövqəladə Hallar nazirliklərinin nümayəndələrinin iştirak etdikləri iclasda Xəzərdə fövqəladə hallarda Xəzəryanı ölkələrin əməkdaşlığı haqqında sazişin imzalanmasına dair müzakirələr aparılmışdır.

Azərbaycanı bu iclasda Xarici İşlər Nazirliyinin hüquq və müqavilələr idarəsinin müşaviri Vüqar İmaməliyev, Fövqəladə Hallar Nazirliyinin infrastrukturun inkişafı baş idarəsinin rəisi Tariyel Hüseynov, Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə təmsil etmişlər.

İclasda fövqəladə halların qarşısının alınması, ölkələr arasında xilasetmə avadanlıqlarının daşınması üçün imkanın yaradılması, müştərək təlimlərin keçirilməsi məsələləri müzakirə olunmuşdur.

AzərTAc

Digər xəbərlər