PDF Oxu

Siyasət

  • 13

Ermənistanın “Epress.am” saytı: “Ermənistanda quraqlıq qorxusu aksiyası”

Ermənistanın “Epress.am” saytı: “Ermənistanda quraqlıq qorxusu aksiyası”

Ermənistanın Karbi vilayətinin mərkəzində su problemi ilə bağlı kütləvi etiraz aksiyası keçirilib. Bu haqda SİA Ermənistanın "Epress.am" saytına istinadən xəbər verir. Məlumata əsasən, Ermənistanın Karbi mərkəzində hidroelektrostansiya tikintisi ilə əlaqədar yüzlərlə erməni sakininin suyu kəsilib. Etirazçıların sözlərinə görə, onsuzda Ermənistanda quraqlıqdır və su problemi artıq qlobal miqyas müstəvisinə keçid alıb: "Yuyunmaq və içmək üçün su tapmaq müşkül məsələdir. Bir çoxları isə bildirirlər ki, hidroelektrostansiyanın tikilməsi ermənilərin yeganə "çörək ağacı" sayılan meyvə bağlarının da suvarılmasında problem yaradır".Erməni saytı qeyd edir ki, etirazçılar bununla bağlı narazılıqlarını bildirsələr də, onlara heç bir cavab verilməyib və şikayətlərinə baxılmayıb.Xatırladaq ki, Karbi vilayəti sakinlərinin əsas qazanc mənbəyi meyvəçilik və bostançılıq təsərrüfatıdır. Lakin hidroelektostansiyanın tikintisi əkinçilik ərazilərinin məhvi ilə nəticələnib.

sia.az

Digər xəbərlər