"ABŞ Dövlət Departamenti ötən illərdə olduğu kimi, ikili standart ortaya qoyaraq ölkədə insan hüquqları və demokratiyanın real vəziyyətindən tam fərqli bir mənzərə təqdim etməklə, qərəzli səciyyə daşıyan hesabat açıqlayıb. Hesabatda müxtəlif antimilli qüvvələrin rəy və fikirlərinə istinad edilərək, ölkəmizlə bağlı məlumatlar təhrif edilib, Azərbaycan dövlətinin rəsmi strukturlarının məlumatlarından istifadə edilməyib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili İqbal Məmmədov bildirib.
ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı yaydığı hesabatı şərh edən millət vəkili İ. Məmmədov qeyd edib ki, hesabatın əhatə etdiyi dövrdə Azərbaycan hökuməti tərəfindən ölkədə insan hüquqlarının qorunmasının təkmilləşdirilməsi istiqamətində qəbul edilmiş qanunvericilik aktlarının, atılmış praktiki addımların nəzərə alınmaması və tamamilə qərəzli mövzulara toxunulması bir daha bu hesabatın kimlərinsə maraqlarına xidmət etdiyini göstərir: "ABŞ rəsmiləri tərəfindən Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının dəstəklənməsi dəfələrlə ifadə olunub. Ümidvarıq ki, növbəti hesabatda ABŞ ən azından Azərbaycan ərazilərinin işğalı və təcavüz faktını qeyd etməkdən çəkinməyəcək".
sia.az