PDF Oxu

Siyasət

  • 5

Sahibə Qafarova: “Heydər Əliyev Fondunun uşaqlara göstərdiyi qayğı və diqqət misilsizdir”

Sahibə Qafarova: “Heydər Əliyev Fondunun uşaqlara göstərdiyi qayğı və diqqət misilsizdir”

"Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil, səhiyyə, xeyriyyə, sivilizasiyalararası dialoq istiqamətlərində çoxsaylı layihələr gerçəkləşir. Bu günlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı bu faktı bir daha təsdiqləyir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin prorektoru Sahibə Qafarova deyib.O bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarıdır: "Bu baxımdan, Heydər Əliyev Fondu indiyədək təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi kimi böyük layihələrə imza atıb. Heydər Əliyev Fondu daim uşaqları diqqətdə saxlayır, xüsusən də, valideyn qayğısından məhrum olan, fiziki qüsurlu uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Fondun humanitar sahədə son dövrlərdə həyata keçirdiyi işlərin və əldə olunan uğurların, müsbət nəticələrin həcmi yüksək fəallıqdan xəbər verir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və vitse-prezident Leyla Əliyevanın ölkədə və respublikadan kənarda gördükləri işlər, eləcə də onların şəxsi nüfuzu beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasına böyük töhfədir. Bir daha əminliklə söyləmək olar ki, Fondun uşaqlara göstərdiyi qayğı və diqqət misilsizdir"- deyə, S.Qafarova qeyd edib.

sia.az

Digər xəbərlər