İtaliyanın "İl Mamilio" xəbər portalında Göyçay və Valmontone şəhərlərinin qardaşlaşması ilə bağlı məqalə yerləşdirilmişdir.
Yazıda "Palazzo Doria" sarayında Azərbaycanın Göyçay və İtaliyanın Valmontone şəhərlərinin qardaşlaşması haqqında sənədin imzalanması mərasimindən bəhs olunur. Diqqətə çatdırılır ki, Valmontonenin meri Alberto Latini sənədin hər iki şəhər üçün əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, belə bir addımın atılması tərəflər arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəkdir. Məqalədə Göyçay ilə Valmontonenin qardaşlaşmasının Azərbaycan və İtaliya xalqlarının əlaqələrinin daha da inkişafına yaxşı imkan yaradacağı vurğulanmışdır.
Müəllif yazısında Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun və Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun fikirlərinə istinadən yazır ki, bu sənəd hər iki şəhərin tərəqqisinə xidmət edəcəkdir.
Yazıda Valmontonedə səfərdə olan Azərbaycan nümayəndə heyətinin buradakı bir sıra sosial və təhsil müəssisələri ilə tanış olduğu da diqqətə çatdırılır.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
AzərTAc