PDF Oxu

Siyasət

  • 9

YAP Qaradağ rayon təşkilatında tədbir keçirilib

YAP Qaradağ rayon təşkilatında tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı 5 mart Beynəlxalq Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirib.

Qaradağ rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini bildirib. Dövlətimizin bu sahəyə xüsusi diqqət göstərdiyini deyən A.Hüseynovun sözlərinə görə, bu diqqət nəticəsində Azərbaycan idman sahəsində yeni-yeni uğurlara imza atır.

Azərbaycanın artıq dünyanın nüfuzlu idman ölkəsinə çevrildiyini deyən təşkilat sədri qeyd edib ki, ilk dəfə olaraq birinci Avropa Olimpiya Oyunlarının keçirilməsi haqqında qərar bunu sübut edir.

Tədbirdə həmçinin, Qaradağ rayonu İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov və başqaları çıxış ediblər.

yap.org.az

Digər xəbərlər