PDF Oxu

Siyasət

  • 14

Çingiz İsmayılov: “Bu proqram bizi çox fərəhləndirdi”

Çingiz İsmayılov: “Bu proqram bizi çox fərəhləndirdi”

"Təbii ki, Cənab Prezident İlham Əliyev ölkəmizdə hər bir sahəyə olduğu kimi, regionların inkişafına da böyük və xüsusi diqqət, qayğı ilə yanaşır. Məhz bunun nəticəsidir ki, növbəti dəfə Cənab Prezident bununla bağlı proqram imzaladı. Bu çox sevindirici və fərəhləndiricidir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılov söyləyib.Çingiz İsmayılov qeyd edib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkəmizə növbəti perspektivlər vəd edir: "Bu proqramda regionlardakı təhsil müəssisələrinin, səhiyyə ocaqlarının, sənaye sahələrinin və digər bütün sahələrin inkişafını təmin edəcək hər şey var. Bunlar proqramda əhatəli şəkildə qeyd olunub. Bu proqram ölkəmizə növbəti perspektivlər gətirmiş olacaq".

sia.az

Digər xəbərlər