PDF Oxu

Siyasət

  • 6

Elm və təhsil komissiyasının ilk iclası keçirilir

Elm və təhsil komissiyasının ilk iclası keçirilir

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında Elm və təhsil komissiyasının ilk iclası keçirilir. SİA-nın məlumatına görə, komissiyanın sədri Abel Məhərrəmov iclası açıq elan edərək komissiyanın fəaliyyəti və 2014-cü il üçün iş planı haqqında ətraflı məlumat verib.A.Məhərrəmov deyib ki, YAP İdarə Heyətinin qərarı ilə bir çox sahələri əhatə edən 12 komissiya yaradılıb: "Onlardan biri də Elm və təhsil komissiyasıdır. Hesab edirəm ki, gənclərin, ziyalıların gücündən və savadından istifadə edərək elmi daha da inkişaf etdirməliyik. Bu mənada düşünürəm ki, cənab Prezident İlham Əliyevin elmin, təhsilin inkişaf etdirilməsi ilə bağlı verdiyi bütün sərəncamlara ciddi əhəmiyyət verilməlidir". Qeyd edək ki, hazırda komissiyanın iclasında AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli, Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Siyasi Şurasının üzvü Şahlar Əsgərov və digərləri iştirak edir.

sia.az

Digər xəbərlər