Mehriban Vəzir: "Proseslərin sonluğu müsbət bitmir"
Milli Şuranın Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasından (KAXCP) olan üzvü, yazıçı publisist Mehriban Vəzir Cəmil Həsənlinin sədrlik etdiyi qurumdan çıxacağını istisna etməyib. SİA-nın məlumatına görə, KAXCP üzvü dolayısı ilə Milli Şuranın AXCP-nin inhisarında olduğunu vurğulayıb və Müsavat Partiyasının qurumu tərk etməsindən sonra həmin qurumun zəiflədiyini iddia edib.
Xatrladaq ki, Mehriban Vəzir mətbuata açıqlamasında prezident seçkilərindən sonra Milli Şuranın saxlanmasına ehtiyacın olmadığını bildirib: "Təcrübə göstərir ki, hər dəfə belə proseslərin sonluğu müsbət bitmir. Milli Şuranın saxlanması artıq müxalifətin xeyrinə deyil, ziyanına işləyir və belə bir vəziyyətdə 2015-ci il parlament seçkilərinə qatılmaq ciddi addım sayıla bilməz".
Qeyd edək ki, KAXCP üzvü Mehriban Vəzir artıq Milli Şuranın sessiyalarına da qatılmır.
sia.az