PDF Oxu

Siyasət

  • 16

Yevda Abramov: "ABŞ Dövlət Departamentinin bu ilki hesabatı…

Yevda Abramov: "ABŞ Dövlət Departamentinin bu ilki hesabatı…

"Biz artıq ABŞ Dövlət Departamentinin bu tip qərəzli, obyektivliyə söykənməyən və heç bir fakta əsaslanmayan hesabatlarının hər il şahidi oluruq. Onlar hər il bu hesdabatı yayırlar, eyni sözlər, eyni fikirlər, eyni təkrar məsələlər... Mən bilirəm ki, ABŞ Dövlət Depratamenti builki hesabatı başqa vərəqlərə köçürüb gələn il də yayacaq".

ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı yaydığı hesabata münasibət bildirən millət vəkili Yevda Abramov bu fikirləri SİA-ya açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanı gözü götürməyən qüvvəllər ancaq belə metodlarla ölkəmizə təzyiq göstərmək istəyirlər: "Amma onlar məqsədlərinə heç vaxt çata bilməyəcəklər. Artıq Azərbaycan öz sözünü deyə bilən, kifayət qədər nüfuza, gücə malik dövlətdir. Bu cür hesabatlarla bizi inkişaf yolumuzdan döndərə bilıməzlər. Birdəfəlik bilsinlər ki, Azərbaycanda bütün hüquq və azadlıqlar qorunur. Hesabat hazırlayanda birtərəfli qaydada deyil, hərtərəfli araşdırma aparmaq lazımdır".

sia.az

Digər xəbərlər