PDF Oxu

Siyasət

  • 9

Azərbaycan ilə Kolumbiya arasında müxtəlif sahələrdə əməkdaşlıq müzakirə olunmuşdur

Azərbaycan ilə Kolumbiya arasında müxtəlif sahələrdə əməkdaşlıq müzakirə olunmuşdur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın ölkəmizdə yeni açılmış səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Jose Jater Pena ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi mədəni və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına dair müzakirələr aparılmışdır. Kolumbiyanın Bakıda səfirliyinin fəaliyyətə başlamasının əlaqələrin daha da dərinləşməsinə töhfəsini verəcəyinə ümidvarlıq ifadə olunmuşdur.

yap.org.az

Digər xəbərlər