"Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir". Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli deyib.
F.İbrahimli bildirib ki, regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən dövlət proqramları kifayət qədər ciddi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu dövlət proqramları sayəsində bir çox iş yerləri, obyektlər, müəssisələr istifadəyə verilib.
"Ümumilikdə, respublikanın sosial-iqtisadi inkişafı müstəvisində regionlarda ciddi dəyişikliklər baş verib. 3-cü Dövlət Proqramı nəticəsində kənd yolları çəkilməsi yekunlaşdırılacaq, ucqar kəndlərdə olan qaz problemi həll ediləcək. Dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər regionların qarşıdakı illərdə inkişafı üçün möhkəm zəmin yaradıb və bundan sonra da yaradacaq"-deyə, komitə üzvü vurğulayıb.
yap.org.az