"Partiyamızın elm və təhsil sahəsinə xüsusi diqqət ayırması çox təqdirəlayiqdir. Çünki XXI əsr elm və təhsil əsri hesab olunur. Bu baxımdan, ölkəmizdə də həmin sahələr inkişaf etdirilir". Bu fikirləri YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib.
A.Məhərrəmov bildirib ki, bu inkişaf prosesində ən çox məsuliyyət gənclərin üzərinə düşür. Onun fikrincə, ilk növbədə yaşlı nəsil tərəfindən estafetin necə verilməsi, digər tərəfdən isə onun gənclər tərəfindən necə qəbul edilərək inkişaf etdirilməsi barədə düşünmək lazımdır.
"Bu gün ölkədə elmə münasibət çox yaxşıdır və bundan istifadə etmək lazımdır. Maddi-texniki baza gücləndirilməli, universitetlər ilk növbədə elmi mərkəz, sonra tədris müəssisəsi olmalıdır. Yuxarı kurslarda təhsil alan tələbələr tədris laboratoriyasından çıxan kimi işlərini elmi laboratoriyalarda davam etdirməlidirlər""- deyə, akademik vurğulayıb.
yap.org.az