PDF Oxu

Siyasət

  • 11

Millət vəkili: "Azərbaycanda tarix boyu dini sabitlik olub"

Millət vəkili: "Azərbaycanda tarix boyu dini sabitlik olub"

"Azərbaycanda bütün dünyaya nümunə ola biləcək dini tolerantlıq mövcuddur. Bunu dünya dövlətləri də bilir. Bilirlər ki, ölkəmizdə dövlət və din münasibətləri o qədər gözəl şəkildə qurulub ki, burada hər hansı bir ziddiyyətdən, təxribatdan söhbət belə gedə bilməz. Bütün dövlətlərdə olduğu kimi, Azərbaycanda da hansısa dini cərəyanlara uyan xırda adamlar ola bilər, amma bu dövlətimizə, millətimizə ziyan vura biləcək bir səviyyədə deyil". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Astan Şahverdiyev bildirib.

Bəzi xarici dairələrin din pərdəsi altında ölkəmizdə qarşırdurma yaratmaq cəhdlərinə münasibət bildirən millət vəkili A.Şahverdiyev qeyd edib ki, kimin hara və kimə xidmət etməsindən asılı olmayaraq, Azərbaycandakı tolerantlığa zərbə vurmaq mümkün deyil: "Din dövlətimiz, millətimiz üçün çox həssas məsələdir, tarix boyu Azərbaycanda dini sabitlik olub, bu yöndə hər hansı qarşıdurmalar baş verməyib. İndi hansısa xarici dairələr ölkəmizdə belə bir qarşıdurma yaratmaq istəyirlərsə, o zaman bilsinlər ki, buna nail ola bilməyəcəklər. Əgər bacarsaydılar çoxdan edərdilər, deməli, bacarmırlar. Çünki yenə də deyirəm ki, Azərbaycanda din və dövlət məsələləri o qədər sistemli, dəqiq və möhkəm qurulub ki, bu birliyə ziyan vurmaq qeyri-mümkündür. Digər tərəfdən, Azərbaycanın inkişafı göz qabağındadır, bu gün təkcə dini zəmində deyil, elə başqa istiqamətlər üzrə də dövlətimizə qarşı yönələn bütün təxribatların qarşısı qətiyyətlə alınır".

sia.az

Digər xəbərlər