PDF Oxu

Siyasət

  • 8

Qobustan şəhərinin enerji təchizatı “ağıllı şəbəkə” vasitəsi ilə ödəniləcək

Qobustan şəhərinin enerji təchizatı “ağıllı şəbəkə” vasitəsi ilə ödəniləcək

Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində alternativ və bərpa olunan enerji mənbələri hesabına alınan enerjinin Qobustan şəhərinin "ağıllı şəbəkə" vasitəsi ilə enerji təchizatı layihəsinin həyata keçirilməsinə başlanılmışdır.

Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən AzərTAc-a bildirmişlər ki, bu sistem respublikamızın regionlarında mövcud alternativ və bərpa olunan enerji mənbələri hesabına enerjinin istehsal-istehlak rejimlərinin avtomatik idarə edilməsinə imkan yaradacaqdır.

Gələcəkdə bütün Qobustan rayonunun elektrik enerjisinə olan ehtiyacının bu stansiya tərəfindən ödənilməsi məqsədi ilə əlavə olaraq 1,2 meqavat gücə malik günəş panellərinin quraşdırılması nəzərdə tutulmuşdur. Atıq ərazidə ötən ildən etibarən 0,7 meqavat gücə malik günəş panellərinin quraşdırılması başlanılmışdır.

AzərTAc

Digər xəbərlər