PDF Oxu

Siyasət

  • 9

Elmar Məmmədyarov İƏT-in baş katibi ilə bir araya gəldi

Elmar Məmmədyarov İƏT-in baş katibi ilə bir araya gəldi

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) nazir Elmar Məmmədyarovla İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni baş katibi İyad bin Amin Mədəni ilə görüş keçirilib. SİA-nın məlumatına görə, İyad bin Amin Mədəninin ölkəmizə səfər etməsindən məmnunluğunu dilə gətirən nazir Elmar Məmmədyarov bunu əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib.Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan E.Məmmədyarov bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.Görüşdə ölkəmiz ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təşkilata üzv olan ölkələrin iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə sıx əməkdaşlığının əhəmiyyəti qeyd olunub, beynəlxalq aləmdə baş verən proseslərlə bağlı islam ölkələrinin vahid mövqedən çıxış etmələrinin önəmi vurğulanıb.

sia.az

Digər xəbərlər