PDF Oxu

Siyasət

  • 8

Azərbaycan-Əfqanıstan İşçi Qrupunun 3-cü iclası keçirilib

Azərbaycan-Əfqanıstan İşçi Qrupunun 3-cü iclası keçirilib

Bakıda "Əfqanıstanda elektron hökumətin qurulması" layihəsi çərçivəsində yaradılmış Azərbaycan-Əfqanıstan İşçi Qrupunun 3-cü iclası keçirilib. Bu barədə SİA-ya XİN-in mətbuat xidmətindən məlumat verilib. İclasda Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyev və Əfqanıstan rabitə və informasiya texnologiyaları nazirinin müavini Aimal Marja iştirak edib.Layihə iki ölkənin Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, AİDA və BMT İnkişaf Proqramının iştirakı ilə həyata keçirilir.Görüş zamanı "Əfqanıstanda elektron hökumətin qurulması" layihəsi çərçivəsində tərəflər arasında 2013-cü ildə imzalanmış birgə protokolun müddəalarından irəli gələn vəzifələrin həyata keçirilməsi, Azərbaycanda elektron hökumətin qurulması sahəsində əldə edilən təcrübə və həmin təcrübənin Əfqanıstanda tətbiqi yolları müzakirə olunub.

sia.az

Digər xəbərlər