PDF Oxu

Siyasət

  • 12

Sahibə Qafarova: “Azərbaycan nümayəndə heyəti AŞPA-da uğurlu fəaliyyət göstərir”

Sahibə Qafarova: “Azərbaycan nümayəndə heyəti AŞPA-da uğurlu fəaliyyət göstərir”

Azərbaycan Milli Məclisinin üzvü AŞPA-nın Gender bərabərliyi üzrə alt komitəsinin sədri seçilib. Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova qurumun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün martın 3-6-da Avstriyanın paytaxtı Vyanada səfərdə olub. SİA-nın məlumatına görə, toplantıda Avropada insan alveri ilə mübarizə üsulları, rasizm və tolerantlıq, əlillərin hüquqlarının təmin olunması və onlara qarşı diskriminasiyanın aradan qaldırılması, Avropada gender bərabərliyi və digər məsələlər haqqında müzakirələr aparılıb.İclasda çıxış edən Sahibə Qafarova Azərbaycanda mövcud olan tolerantlıq mühitindən, multikulturalizm və gender məsələləri haqqında ətraflı məlumat verib: "Azərbaycan bir çox dinlərin, fərqli millətlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlayış şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə dinindən, irqindən, milliyətindən, sosial statusundan asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdir və Azərbaycan dövləti hər bir vətəndaşın hüquqlarını yüksək səviyyədə təmin edir".İclasda həmçinin Sahibə Qafarova 47 ölkənin nümayəndələri arasından AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin Gender bərabərliyi üzrə alt komitəsinin sədri seçilib.Millət vəkili qeyd edib ki, onun Alt komitəyə sədr seçilməsi əhəmiyyətlidir: "Əvvəla, bu onu göstərir ki, Azərbaycanda uğurlu gender siyasəti həyata keçirilir və Avropa ictimaiyyəti də bunu yüksək qiymətləndirir ki, məhz azərbaycanlı parlamentari bu alt komitəyə rəhbərlik edir. Digər tərəfdən, bu onun göstəricisidir ki, Azərbaycan nümayəndə heyəti bu qurumda kifayət qədər effektiv fəaliyyət göstərir və onlara bu qurumun strukturlarına rəhbərlik etmək etimadı göstərilir. Ən nəhayət, bu bir millət vəkili olaraq, fərd olaraq, mənim üçün də çox əhəmiyyətlidir. Demək ki, mən həm dövlətimi lazımi səviyyədə təmsil edə bilirəm, həm də Avropa Şurasındakı fəaliyyətim qurumun özündə də razılıq doğurur".

sia.az

Digər xəbərlər