PDF Oxu

Siyasət

  • 7

Baş katib: “Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyət siyasi iradə göstərməlidir”

Baş katib: “Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyət siyasi iradə göstərməlidir”

"İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı dəstəkləyir və ölkənin Ermənistan tərəfindən təcavüz və işğala məruz qalması faktını tanıyır". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən görüşdə jurnalistlərin suallarını cavablandıran İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni baş katibi İyad bin Amin Mədəni deyib.Baş katibin sözlərinə görə, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi haqqında qətnamələr qəbul edib: "Bu sənədləri yerinə yetirmək lazımdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu qətnamələrin icrasını təmin etmək üçün siyasi iradə göstərməli və səmimi olmalıdır".Amin Mədəni həmçinin Azərbaycanın İƏT daxilində aktiv fəaliyyəti barəsində də danışaraq deyib ki, ötən il BMT TŞ-də sədrlik edən Azərbaycan BMT və İƏT arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə görüş təşkil edib.

sia.az

Digər xəbərlər