Martın 6-da Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə partiyanın gənc qadın fəalları ilə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə qadınların cəmiyyətdə, eləcə də partiya həyatındakı rolundan ətraflı bəhs edilmiş, qarşıda duran vəzifələrdən söhbət açılmışdır.
Sonda partiyanın gənc qadın üzvlərinə bayram hədiyyələri təqdim edilmişdir.
AzərTAc