PDF Oxu

Siyasət

  • 6

Rövşən Rzayev: “Müxalifət gedib boş-boş işləri ilə məşğul olsun”

Rövşən Rzayev: “Müxalifət gedib boş-boş işləri ilə məşğul olsun”

"ABŞ Dövlət Departamentinin ölkəmiz haqqında yaydığı hesabat tamamilə qərəzlidir, bu hesabat birbaşa erməni lobbisinin təsiri altında hazırlanıb. Bizim müxalifət isə, bu hesabatdakı fikirlərin doğru olduğunu təsdiqləyir. Çünki kiçik qruplar halında olan müxalifəti də, həmin hesabatı hazırlayan şəxslər kimi erməni lobbisi maliyyələşdirir. Bu hesabat hazırlananda müxalifətin mənasız, heç bir fakta əsaslanmayan məlumatlarından istifadə olunur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev bildirib.

ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı yaydığı hesabata və müxalifət rəhbərlərinin məlum hesabatla bağlı fikirlərinə münasibət bildirən millət vəkili R. Rzayev qeyd edib ki, müxalifət egdib boş-boş işləri ilə məşğul olsun: "Azərbaycan bu gün regionun ən inkişaf etmiş ölkəsidir, dövlətimiz güclü siyasi və iqtisadi imkanlara malikdir. Hələ 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda konstitusiya qəbul edilib. Konstitusiyamızda ən ümdə yerdə insan haqqları ilə bağlı məsələlər yer alıb və indi də hər gün insan hüquqlarının qorunması ilə əlaqədar önəmli addımlar atılır. Bütün bunları düzgün görüb, düzgün qiymət vermək lazımdır. Erməni lobbisinin dəstək verdiyi müəyyən qrupların məlumatları əsasında hesabat hazırlamaq olmaz. Azərbaycan xalqı öz sözünü deyib və zaman göstərir ki, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan doğru yoldadır".

sia.az

Digər xəbərlər