PDF Oxu

Siyasət

  • 14

Türkiyədə Bölgələrarası Standartlaşdırma Birliyinin Texniki Şurasının iclası olub

Türkiyədə Bölgələrarası Standartlaşdırma Birliyinin Texniki Şurasının iclası olub

Türkiyənin Antalya şəhərində Bölgələrarası Standartlaşdırma Birliyinin (BASB) Texniki Şurasının dördüncü iclası keçirilmişdir. Səkkiz ölkədən 19 nümayəndənin iştirak etdiyi iclasda Azərbaycanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları təmsil etmişlər.

Bu barədə AzərTAc-a komitənin mətbuat xidmətindən məlumat vermişlər.

Tədbirdə Qazaxıstan tərəfindən hazırlanmış "Gözəllik salonları və bərbərxanalar. Ümumi texniki tələblər" və Belarus tərəfindən hazırlanmış "Avtoservis tərəfindən nəqliyyat vasitələrinə xidmət. Aparılma qaydaları" regionlararası standartlarının son layihələri müzakirə edilmiş və Bölgələrarası Standartlaşdırma Birliyinin növbəti Baş Assambleyasında qəbul edilməsi üçün təqdim olunmuşdur.

AzərTAc

Digər xəbərlər