PDF Oxu

Siyasət

  • 9

Ermənilərin Qarabağda törətdikləri vəhşiliklər -Türk Mətbuatında

Ermənilərin Qarabağda törətdikləri vəhşiliklər -Türk Mətbuatında

Türkiyənin nufuzlu "Hürriyet" qəzetində ermənilərin Qarabağda törətdikləri vəhşiliklərlə bağlı məqalə dərc olunub. SİA-nın AzərTAC-a istinadən verdiyi xəbərə görə, müəllif Muammer Elveren "Qətliamın ayaq səsləri" sərlövhəli məqaləsində 25 sentyabr 1991-ci ildə Dağlıq Qarabağa səfər etdiyini nəzərə çatdırmış, erməni terrorçularının sovet silahlı birləşmələrinin dəstəyi ilə azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən söz açıb. Müxbir o zaman erməni millətçilərinin sovet əsgərlərinin yardımı ilə Qarabağın dinc əhalisinə mütəmadi hücumlar etdiklərini, kəndləri yandırdıqlarını, qocaları, uşaqları amansızcasına qətlə yetirdiklərini vurğulayıb. Məqalədə 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycanın dövlət və hökumət nümayəndələrinin də olduğu "Mi-8" vertolyotunun vurulmasından da bəhs edilib.M. Elsevər 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni separatçılarının Xocalıda törətdikləri soyqırımı aktı barədə məlumat verərək, bu hadisəni insanlığa sığmayan, bəşər tarixində analoqu olmayan bir faciə kimi xarakterizə edib

sia.az

Digər xəbərlər