"Əvvəla deyim ki, Düşüncə Mərkəzi adını daşıyan belə bir axmaq qurum adı eşitməmişəm. İctima Palata buraxılandan sonra başqa bir qurum yaratmaq istəyirlərsə, özü də bu qurumun adı Düşüncə Mərkəzi olacaqsa, deməli, onlar hələ də təklikdə düşünə bilmirlər". Radikal müxalifətin İctimai Palatanın buraxılmasından sonra Düşüncə Mərkəzi adlı yeni bir qurum yaradacaqlarına münasibət bildirən Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə bu fikirləri SİA-ya açıqlamasında bildirib.
Hansısa cəlbedici adın qoyulmasının radikal müxalifətin simasını dəyişməyəcəyini deyən partiya sədri əlavə edib ki, onlar yeni qurum yaratmaqla donlarını genişləndirəcəklər: "Düşüncə Mərkəzində düşünmə qabiliyyəti olmayan şəxslər toplaşacaq".
sia.az