Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi işlər komitəsinin iclasında iştirak etmək üçün martın 10-da İsveçin Stokholm şəhərinə səfər edəcək.Parlamentin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Komitədə Avropada neomillətçilik və ksenofobiyanın təzahürləri ilə mübarizə, Federal Avropa uğrunda çağırışlar, Qırğızıstana AŞPA-nın demokratiya üzrə tərəfdaşı statusunun verilməsi və digər məsələlərə baxılacaq.Səfər martın 13-də başa çatacaq.
sia.az